Hazırda bəzi əcnəbi klublar “Qarabağ”ın futbolçusu Kadi Borgeslə danışıqlar aparır. Bu barədə İnsanoid bu gün, 28 dekabr tarixində xəbər verir.
Rusiya mətbuatı isə Kadini “Krasnodar” klubunun istədiyini yazıb. Bu komanda braziliyalı oyunçu üçün “Qarabağ”a 5 milyon avro təklif edib.
Lakin “Qarabağ”ın futbolçusu Kadi Borgesin Rusiya klubuna keçidi baş tutmaya bilər. Buna səbəb kimi Azərbaycan təmsilçisinin tələblərinin yüksək olması göstərilib. Tərəflər 26 yaşlı yarımmüdafiəçinin transferinin məbləği ilə bağlı razılığa gələ bilmirlər.
Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov isə bildirib ki, Kadi ilə müqavilə olsa da, orada futbolçunun özünün klubu tərk edə biləcəyinə dair maddə də var. Kadi ilə çox ciddi danışıqlar aparan xarici klub var. Bunlar bizə problem yarada bilər. Futbolçularımıza gələn təkliflərlə bağlı xəbərlər, əsasən, doğrudur. Elə təklif ola bilər ki, biz qarşısını ala bilmərik. Bu gün bizimlə olan oyunçular sabah olmaya bilərlər”.