TÖVSİYƏ XƏBƏRLƏR

Kəlbəcər və Laçın yaylaqlarına 940 qoyunçuluq təsərrüfatı köç edib

İşğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara qoyunçuluq və arıçılıq təsərrüfatlarının köçü başa çatmaq üzrədir. Bu barədə 7 iyul tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.

Məlumata əsasən, azad edilmiş bölgələrdən olan, təsərrüfatında ən azı 200 baş xırdabuynuzlu heyvan və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş 40 arı ailəsi olan fermer mövsüm dövründə öz təsərrüfatını azad olunmuş ərazilərdəki yaylaqlara köçürmək üçün elektron müraciət edə bilər.

Bildirilib ki, yaylaqlara təsərrüfatdakı xırdabuynuzlu heyvanların 10%-i həcmində iribuynuzlu heyvan aparmağa da icazə verilib. Qeyd olunub ki, təsərrüfatın rəhbəri özü ilə özünün seçdiyi maksimum 9 köməkçi apara bilər.

Ümumilikdə Kəlbəcər və Laçın yaylaqlarına 940 qoyunçuluq təsərrüfatı köç edib.

2022-ci il yaylaq mövsümündə 17 mindən çox şəxsin fermer təsərrüfatlarının tərkibində azad olunmuş ərazilərdəki yaylaqlara getməsinə icazə verilib.Cari il Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarındakı yaylaqlara 1101 arıçı tərəfindən 61 mindən çox arı ailəsi aparılıb.

arı ktn12(1)
arı 9
arı 4(1)
arı 3(1)
arı 7(1)
arı 1(1)
arı 6
arı ktn12(1) arı 9 arı 4(1) arı 3(1) arı 7(1) arı 1(1) arı 6

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx