TÖVSİYƏ XƏBƏRLƏR

Kəlbəcərə icazəsiz keçən şəxslər saxlanılıblar

Kəlbəcər rayonuna icazəsiz keçən şəxslər saxlanılıblar. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.

Noyabrın 17-də polis əməkdaşları Kəlbəcər rayonunda xidmət apararkən müvafiq icazələri olmayan və rayon ərazisinə nəzarət postlarından kənar yollarla daxil olmuş Səxavət Məmmədov, Taleh Məmmədov, Eldar Həsənov, Muraz Süleymanov və Cəmil Mehdiyevi saxlayıblar.

Onlar polis şöbəsinə dəvət olunub, profilaktiki söhbətlər aparılaraq, mina və partlayıcı vasitələrin onların həyatı üçün təhlükə doğura biləcəyi barədə xəbərdar ediliblər.

Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərək, baxılması üçün rayon məhkəməsinə göndərilib.