Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şəkidə vətəndaşları qəbul edəcək. Bu barədə 28 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Görüş avqustun 31-də Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10:00-da başlayacaq.
Xəbərə görə, qəbula gələn vətəndaşların qeydiyyatı 30 avqust 2023-cü il tarixində Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.