TÖVSİYƏ XƏBƏRLƏR

Kəmaləddin Heydərov Tovuzda vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Tovuz şəhərində, Olimpiya İdman Kompleksinin inzibati binasında Tovuz, Ağstafa və Qazax rayonları sakinlərinin qəbulunu keçirib. Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 28 oktyabr tarixində xəbər verir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən Tovuz, Ağstafa və Qazax rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, Nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri də vətəndaşları qəbul ediblər.