Kamazla polisdən qaçmağa çalışan sürücü həbs olunub. Bu haqda 9 avqust tarixində Baş Dövlət Yol Polisi İdarəsinə istinadən Report xəbər verib.
Avqustun 7-də Zamiq Əmirli idarə etdiyi 15-BH-564 nömrəli “KamAZ” markalı yük avtomobili ilə polisin “saxla” işarəsinə əməl etməyərək qaçmağa çalışıb. Daha sonra o, DYP əməkdaşları tərəfindən saxlanılıb.
Z.Əmirli birillik sürücülük hüququndan məhrum edilib və bir ay inzibati qaydada həbs olunub.