Kanadanın Toronto şəhərində 28 May – Müstəqillik Günü münasibətilə Toronto meriyasının (City Hall) binası qarşısında Azərbaycan bayrağı ucaldılıb. Bu barədə 29 may tarixində Report məlumat verib.
Məlumata əsasən, Kanada Azərbaycanlılar Şəbəkəsinin (Network of Azerbaijani Canadians-NAC) və Torontoda yaşayan Azərbaycan icmasının təşkilatçılığı ilə baş tutan mərasimdə Kanada parlamentinin deputatları, diplomatlar, senatorlar və dost və qardaş ölkələrin icmalarının təmsilçiləri iştirak ediblər.
Şəhərin mərkəzində təşkil olunan mərasimdə Bayrağımız Kanadada fəaliyyət göstərən Azərbaycan dili məktəbinin şagirdlərinin ifasında səslənən Azərbaycanın Dövlət Himninin sədaları altında havaya qaldırılıb.
Tədbirdə Torontonun şəhər meri vəzifəsinə uğurlu namizədi Entoni Füri (Anthony Furey) çıxış edib.