TÖVSİYƏ XƏBƏRLƏR

Kənd təsərrüfatı nazirinin müavini Bərdədə vətəndaş qəbulu keçirəcək

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov sentyabrın 8-də Bərdədə vətəndaşları qəbul edəcək. Bu barədə 4 sentyabr tarixində İnsanoid Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Qəbul saat 10:00-da Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında keçiriləcək.

Məlumata görə, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Bərdə Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-317-93-60) zəng etməklə qeydiyyatdan keçmək mümkündür.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx