Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova sentyabrın 15-də Sabirabadda vətəndaşları qəbul edəcək. Bu barədə 11 sentyabr tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Qəbul saat 10:00-da Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş tutacaq.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Bunu Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) və Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (077-299-11-54, 050-515-98-41) zəng etməklə etmək mümkündür.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.