“Kapital Bank” kiçik və orta sahibkarlar üçün fərqli konseptdə olan daha bir KOB Mərkəzi filialını istifadəyə verib. Bu barədə İnsanoid bankın mətbuat xidmətinə istinadən bu gün, 6 sentyabr tarixində xəbər verir.
Filial Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər Fəvvarələr Meydanı, Tikinti sahəsi FS-003 ünvanında yerləşir.
Kiçik və orta sahibkarlara bütün növ bank xidmətlərini göstərən filialda sahibkarlar bank xidmətləri üzrə məsləhətlər ala, hesablar aça, maliyyələşmə məhsulları sifariş edə, şəxsi menecerlə təmin oluna, həmçinin şirkət rəhbərləri və təsisçilər fiziki şəxslər üçün nəzərdə tutulan məhsul və əməliyyatlardan yararlana bilərlər. Bundan başqa, filial müştərilərin rahatlığı üçün xüsusi görüş otaqları ilə təmin edilib.
Yeni filialda, həmçinin 24 saat fəaliyyət göstərən özünəxidmət sahəsi də yaradılıb. Xidmət sahəsində müştərilər tərəfindən əməliyyatların aparılması üçün avadanlıqlar quraşdırılıb.
Ölkədə ilk dəfə “KOB Mərkəzi” filiallarının istifadəyə verilməsinin səbəbi də məhz budur.