Karantin cəriməsini ödəməyənlər axtarışa veriləcək

Karantin qaydalarının pozduğu üçün cərimələnən şəxslər cəriməni ödəməsə, axtarışa verilə bilər. Bu barədə avqustun 30-da DİN məlumat verib.

Karantin qaydalarının pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin edilməlidir. Cərimə ödənilməsə ədliyyə orqanlarına borc yükü ilə bağlı məlumat göndərilir. 30 gün ərzində cərimə ödənilməsə, məhkəmə xətti ilə onun ödənilməsi təmin ediləcək. Əgər şəxs tapılmasa və cəriməni ödəməsə, axtarışa verilir və həmin axtarışla bağlı müvafiq dövlət qurumundan polisə məlumat daxil olur.

Hazırda karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək cərimə edilir. Digər bir dəyişikliklə isə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilə bilər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Karantin cəriməsini ödəməyənlər axtarışa veriləcək”

Tövsiyə xəbərlər