TÖVSİYƏ XƏBƏRLƏR

Karantin nəzarətinə götürülmə qaydası dəyişdirilib

Yanvarın 22-də Azərbaycanda karantin nəzarətinə götürülmə ilə bağlı bir sıra dəyişiklik edilib. Bu haqda Nazirlər Kabinetinin rəsmi portalında məlumat yerləşdirilib.

Yeni qərara əsasən:

  • Aktiv koronavirus xəstələrin və onlarla təmasda olan şəxslərin karantin müddəti 14 gündən 7 günə endirilir;
  • COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarına dair sertifikat pozitiv test nəticəsinin çıxdığı tarixdən 7 gün sonra veriləcək;
  • COVID-19-a yoluxan işçi ilə sıx təmasda olan əməkdaşlardan test götürülməsi zəruri olmayacaq.

Sadalanan qaydalar 2022-ci il yanvarın 24-dən qüvvəyə minəcək.