TÖVSİYƏ XƏBƏRLƏR

Karantin qaydalarını pozan koronavirus xəstələri barəsində cinayət işi başlanılıb

Avqustun 13-də koronavirus infeksiyası daşıyıcıları olan Cəlilabad, İsmayıllı və Gəncə sakinləri yaşayış yerlərini tərk etdiklərinə görə saxlanılıblar. Bu barədə DİN məlumat verib.

COVID-19 test nəticələri pozitiv olduğuna görə həmin üç şəxs ev şəraitində müalicə almalı olsalar da, onlar karantin qaydalarını pozaraq yaşayış yerlərini tərk ediblər.

Xəstələr tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Təqsirləndirilən şəxslər barəsində “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması” maddəsi ilə cinayət işi başlanılıb.

Faktlarla bağlı araşdırmalar davam edir.