TÖVSİYƏ XƏBƏRLƏR

Karantin rejiminin yumşaldılması ölkə iqtisadiyyatına necə təsir edəcək?

Martın 6-dan Azərbaycanda epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar karantin rejimi yumşaldılıb. Bəs bir sıra qadağaların aradan qaldırılması ölkə iqtisadiyyatına necə təsir göstərəcək? Bu barədə iqtisadçı-ekspert Eyyub Kərimli Trendə danışıb.

Onun sözlərinə görə, məhdudiyyətlər ictimai iaşə və xidmət sektorunun tam işləməsinə imkan vermirdi və bu da həmin sektorlarda çalışanların gəlirlərinin azalmasına gətirib çıxarırdı. O, misal olaraq şadlıq saraylarında, mərasim evlərində, qəlyanxanalarda çalışanları göstərib.

Bəzi məkanlara vaxt məhdudiyyəti qoyulmuşdu. İndi vaxt məhdudiyyəti də aradan götürülüb. Bütün bunlar gəlirlərin artması və əlavə iş yerlərinin yaranması deməkdir. Belə olduğu təqdirdə vergi və sosial ödəmələr artacaq”, – deyə Eyyub Kərimli bildirib.

Ekspert söyləyib ki, şadlıq saraylarında qonaq limitinin götürülməsi dolayı yolla bir çox sahələrə müsbət təsir edəcək: “Əsasən, kənd təsərrüfatında, gözəllik salonlarında, toyla bağlı digər biznes sahələrində çalışanlar bunun bəhrəsini görəcək”.

Azərbaycanda karantinin yumşaldılması və hansı məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı daha ətraflı link vasitəsilə tanış olmaq olar.