Karate üzrə Avropa çempionatında idmançılarımız 2 qızıl, 1 bürünc medal qazanıb

Avqustun 21-də Finlandiyanın Tampere şəhərində karate üzrə Avropa çempionatında 14-15 yaşlı yeniyetmələr arasında iki karateçimiz qızıl medal qazanıb.

70 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Nihad Kərimzadə finalda Belarus təmsilçisi Andrey Basarovu məğlub edərək birinci yeri tutub. İkinci qızıl medalı 63 kiloqram çəki dərəcəsində çıxış edən Rəşid Süleymanov qazanıb.

47 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən Aysu Əliyeva isə bürünc medal qazanıb.

Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Karate üzrə Avropa çempionatında idmançılarımız 2 qızıl, 1 bürünc medal qazanıb”

Tövsiyə xəbərlər