TÖVSİYƏ XƏBƏRLƏR

Keçən il Azərbaycanda 459 hərbçiyə tam təmirli mənzil verilib

Keçən il Azərbaycanda 459 hərbçiyə tam təmirli mənzil verilib. Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Bu barədə 24 may tarixində Report məlumat verib.

Layihədə qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının mənzillə təmin edilməsi məqsədilə 35 milyon manat məbləğində vəsait ayrılıb.

Həmin vəsait hesabına Bakı şəhərində 453 ədəd və Sumqayıt şəhərində 6 ədəd olmaqla cəmi 459 ədəd tam təmirli mənzil alınıb və hərbi qulluqçuların mülkiyyətinə verilməsi rəsmiləşdirilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx