2021-ci il ərzində qeydə alınmış cinayət hadisələri üzrə məişət zorakılığı ilə bağlı 1 536 zərərçəkmiş şəxs olub. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatında əks olunub.
Bu barədə 15 dekabr tarixində APA məlumat verib.
Qeyd edilib ki, onlardan 205-i qadınlardır. Məişət zorakılığı nəticəsində ölən qadınların sayı 46 olub ki, onlardan 44-ü qəsdən adam öldürmə cinayətinin, 2-si isə qəsdən sağlamlığa ağır zərərvurma cinayətinin qurbanı olub.
Ən çox rast gəlinən hal qəsdən sağlamlığa yüngül zərərvurmadır (295 hal).
Məlumata əsasən, cinayətlərin ən çox qeydə alındığı ərazilər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu olub.
Qeyd olunub ki, 2020-ci ildə 41 nəfər qadın məişət zorakılığı nəticəsində ölüb.