Bakıda Göyçay rayon sakinindən külli miqdarda heroin götürülüb. Bu barədə 16 sentyabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Əməliyyat zamanı əvvəllər məhkum olunmuşlar – Göyçay rayon sakini Yadigar Rəhimov və Neftçala rayon sakini Şəhriyar Bayramov saxlanılıblar.
Şəxsi axtarış zamanı Y.Rəhimovdan 1 kiloqram 23 qramdan artıq heroin aşkar olunaraq götürülüb.