Sabiq Roma Papası XVI Benedikt 95 yaşında vəfat edib. Bu haqda bu gün, 31 dekabr tarixində İnsanoid.com məlumat verib.
XVI Benedikt (dünyada Cozef Alois Ratzinger) 2005-ci ilin aprelində 265-ci Papa seçilmişdi və təxminən min ildə ilk alman əsilli Papa olmuşdu.
O, 2005-2013-cü illərdə apostol taxtını tutub. XVI Benedikt vəzifəsini tərk edərək, 1415-ci ildən bəri taxtdan könüllü olaraq ayrılan ilk Papa oldu.