Şəkidə təchizatçı şirkətlər tərəfindən innovativ texnikalar, çiləyicilər və gübrəsəpənlərin iş prinsipi tarla şəraitində nümayiş etdirilib. Bu haqda aprelin 6-da Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Tədbirin keçirilməsində məqsəd idxal edilən innovativ texnikaların satış qaydaları barədə fermerləri məlumatlandırmaq və təchizatçı şirkətlərlə fermerlər arasında əlaqələrin qurulmasına nail olmaqdır.
Müşavirədə zərərvericilərə və alaq otlarına qarşı innovativ texnikalardan istifadə edərək səmərəli mübarizə tədbirlərinin təşkili barədə fermerlərə ətraflı məlumat verilib.
Bu formatda tədbirlərin Azərbaycanın digər rayonlarında da keçirilməsi planlaşdırılır.