Kim sevirsə idmanı, gəl oxu məqaləni: Zaqatalada fəaliyyət göstərən mərkəzlər

Kim sevirsə idmanı, gəl oxu məqaləni: Zaqatalada fəaliyyət göstərən mərkəzlər

İndiki uşaqlar əvvəlki dövrlərin uşaqlarına nisbətən daha az aktiv olurlar. Bu səbəbdən onların idmanla məşğul olmaları sağlamlıqları üçün çox vacibdir. İdman, eyni zamanda böyüklərin həyatlarında da böyük rol oynayır.

Bəs fiziki cəhətdən aktiv olmaq üçün nə ilə məşğul olmaq olar? Məhz bu sualı cavablandırmaq məqsədilə İnsanoid Zaqataladan olan izləyiciləri üçün “balaca Paris” adlanan bu şəhərdəki idman mərkəzləri barədə maraqlanıb.

Faiq Əmirov küçəsindəki “Number one” fitnes zalı saat 07:00-dan 00:00-dək açıqdır. Kişi və qadın saatları ayrılmır. 1 aylıq limitsiz abunə haqqı 20 manatdır. Bir neçə medala layiq görülən məşqşi Əhməd İsayevlə qrup şəklində dərslərin qiyməti 50, fərdi isə 70 manatdır.

Yapon döyüş sənəti aykido ilə məşğul olmaq istəyənlər Zaqatala Olimpiya İdman Kompleksinə, müəllim Əli Qasımovun yanına gələ bilərlər. Qrup şəklində olan dərslər həftədə 3 dəfə keçirilir. Qiymət 20 manatdır.

Uşaqlar üçün iki qrup mövcuddur: 5 – 13 yaşlı uşaqlar üçün və 14 yaşdan böyük olanlar üçün. Dərslər 1,5 saat davam edir.

MMA üzrə dərslər Talaçay Kompleksində təşkil olunur. Qiymətlər yerində müzakirə edilir. Eyni zamanda burada həm oğlanlar, həm qızlar üçün taekvondo və karate məşqləri keçirilir. Dərslər həftədə 3 dəfə 2 saat olmaqla keçirilir. Minimal yaş 4-dür.

Cüdo dərsləri həftənin 1-3-5-ci günləri Zaqatala Olimpiya İdman Kompleksində baş tutur. Bir ay üçün 20 manat ödənilməlidir. Dərslərin davamiyyəti 1,5 saatdır.

Talaçay Kompleksində, həmçinin azyaşlılar üçün gimnastika dərsləri tədris edilir. Qrup şəklində keçirilən dərslər həftədə 3 dəfə baş tutur. Ayda 30 manat ödəmək lazımdır. Uşaqların ən azı 5 yaşı olmalıdır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx