Kinoteatrlar və kompüter-oyun zalları hansı qaydalara əsasən fəaliyyət göstərəcək?

Oktyabrın 1-dən kinoteatrlar, teatrlar və uşaq əyləncə məkanları, habelə kompüter-oyun zalları saat 00:00-dək fəaliyyət göstərəcək. Bu barədə sentyabrın 29-da DİN-in nümayəndəsi Elşad Hacıyev məlumat verib.

Bu məkanlara yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportu və ya əks göstəriş sertifikatı ilə daxil ola bilərlər.

Kompüter-oyun zallarında maskalardan istifadə olunmalı, sosial məsafə qorunmalı və əl gigiyenası qaydalarına riayət olunmalıdır.

Karantin rejiminin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər inzibati məsuliyyətə cəlb ediləcəklər.

Məkanlarda pozuntu hallarına görə obyekt sahibləri cavabdehlik daşıyacaqlar.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Kinoteatrlar və kompüter-oyun zalları hansı qaydalara əsasən fəaliyyət göstərəcək?”

Tövsiyə xəbərlər