TÖVSİYƏ XƏBƏRLƏR

Kitabxanalardakı vakant vəzifələr üçün imtahan keçirilib

Kitabxanalar üzrə vakant vəzifələrin tutulması məqsədilə test imtahanı keçirilib. Bu barədə noyabrın 29-da Mədəniyyət Nazirliyindən məlumat verilib.

İmtahanda qeydiyyatdan keçmiş 357 namizəddən 319 nəfəri iştirak edib.

Test imtahanının nəticələri dekabrın 2-də namizədlərin iş nömrəsi və topladığı bal qeyd olunmaqla nazirliyin rəsmi saytında elan olunacaq. Eyni zamanda nəticələr və müsahibə barədə məlumatlar namizədlərin əlaqə vasitələrinə göndəriləcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx