İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 7 mini keçib. Bu barədə 26 oktyabr tarixində APA “Al Arabiya” telekanalına istinadən məlumat verib.
Telekanal bildirib ki, Qəzza zolağında 7 028 nəfər dünyasını dəyişib.
Bununla yanaşı, 940 nəfəri uşaq olmaqla, ən azı 1 650 nəfər itkin düşüb. Onların hamısının dağıntılar altında qaldığı ehtimal edilir.