Azərbaycanda keçirilən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Ukraynanın paytaxtı Kiyev şəhərinin küçələrində, həmçinin Borispol Beynəlxalq Hava Limanına gedən yolda bilbordlar quraşdırılıb. Bu barədə Trend xəbər verib.
Bilbordlarda “Bayramın mübarək, Azərbaycan!” şüarı nümayiş edilib və Zəfərimizin rəmzi “Xarıbülbül” əks olunub.
Layihə “SOCAR Energy Ukraine”nin təşəbbüsü ilə keçirilib. Əlavə olaraq, SOCAR-ın Ukraynadakı 60-a yaxın yanacaqdoldurma məntəqələrində bayram videoçarxları yayımlanır.
Həmçinin, həmin gün Zəfər bayramı münasibətilə İstanbulda Sultan Mehmet Fatih körpüsü Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.