TÖVSİYƏ XƏBƏRLƏR

Kliniki Tibbi Mərkəz: xəstəliyin ağır keçməsi uşağın koronavirusa yoluxması demək deyil

Son zamanlar uşaqlarda qızdırma, halsızlıq, öskürək, ishal kimi simptomlar müşahidə olunur. Bununla bağlı 6 yanvarda Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətindən Reporta açıqlama verilib.

Tibb mərkəzindən məlumat verilib ki, uşaqlar arasında yayılan xəstəliklər mövsümi xarakter daşıyır. Xəstəliyin ağır keçməsi uşağın koronavirusa yoluxması demək deyil. Uşaqlar koronavirusa çox nadir hallarda yoluxullar.

2 saylı Klinik Uşaq Xəstəxanasının pediatr-infeksionisti Rəna Hüseynova xəstəliyin müalicəsində həkimlə məsləhətləşməyin vacibliyini vurğulayıb: “Valideynlər həkimlə əlaqə qurana qədər uşaqlara çoxlu maye, onların qızdırmasının aşağı düşməsi üçün dərman verə bilərlər. Antibiotik vasitələrdən istifadə isə yolverilməzdir. Antibiotiklə müalicəyə ancaq həkim qərar verə bilər”.