İyunun 29-da Bakı KOB İnkişaf Mərkəzi tərəfindən “Marketinqin əsasları və satışın təşkili” mövzusunda təlim keçiriləcək. Bu barədə 22 iyun tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.
Məlumata əsasən, sözügedən təlimdə aşağıdakı mövzulardan danışılacaq:
– Marketinq nədir;
– Brend anlayışı və onun marketinqdə əhəmiyyəti;
– Marketinqin kommunikasiya əməliyyatları;
– Satış və onun təşkili prosesi;
– B2C, B2B və B2G satışın təşkili xüsusiyyətləri və s.
Arzu edənlər saat 14:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994 70) 300 80 02 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər. Təlim ödənişsizdir.