Kobmarket.az onlayn alış-veriş platformasında çatdırılma pulsuz olacaq

Kobmarket.az onlayn alış-veriş platformasından alınan bütün məhsulların Bakı şəhəri üzrə çatdırılması pulsuz həyata keçiriləcək. Kampaniya sentyabrın 6-dan oktyabrın 6-dək davam edəcək. Bu baradə 6 sentyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin saytında məlumat verilib.

Sözügedən platformada 80-ə yaxın onlayn mağaza fəaliyyət göstərir. Saytda elektronika, məişət texnikası, geyim, qida kimi 1100-dən çox məhsul satışı həyata keçirilir.

Kobmarket.az elektron ticarət portalı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə 2021-ci ilin iyun ayında istifadəyə verilib. Saytın əsas məqsədi sahibkarlara onlayn satış imkanı yaratmaq və məhsulların geniş alıcı auditoriyasına tanıtmaqdır. Platformadan istifadə etmək üçün alıcı və satıcılar kobmarket.az saytından qeydiyyatdan keçə bilərlər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Kobmarket.az onlayn alış-veriş platformasında çatdırılma pulsuz olacaq”

Tövsiyə xəbərlər