TÖVSİYƏ XƏBƏRLƏR

Kolleclərin boş qalan yerlərinə ixtisas seçiminə start verilib

9 illik bazadan kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayıb. Bu haqda sentyabrın 7-də Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Proses 11 sentyabr saat 23:59-dək portal vasitəsilə aparılacaq. İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat üzrə balı 10-dan az olmayanlar buraxılırlar.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəy­yənləşdirir. Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının 8-ci nömrəsində nəşr olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx