TÖVSİYƏ XƏBƏRLƏR

Kolleclərin boş yerlərinə qəbul üçün keçirilən imtahanın nəticələri açıqlanıb

2023/2024-cü tədris ili üçün kolleclərin boş qalan plan yerlərinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan edilib.

Bu barədə 5 sentyabr tarixində Dövlət İmtahan Mərkəzinə istinadən xəbər veririk.

Nəticələr haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə – abituriyentin “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənmək olar.

Müsabiqədə iştirak etmək üçün ərizə təqdim edən 4710 abituriyentdən 1444-ü orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Kolleclərin boş qalan yerlərinə qəbul olunan abituriyentlər 8 sentyabr saat 11:00-dan 13 sentyabr saat 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Bu müddət ərzində qeydiyyatdan keçməyən abituriyentin qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx