Kolumbiya, Peru və Fransada sentyabrın 27-də Azərbaycanın Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
Kolumbiyada Boqota şəhərinin simvolu olan “Colpatria” binasında, Perunun paytaxtı Limanın mərkəzində isə lövhələrdə Azərbaycan bayrağı və “27 sentyabr – Azərbaycan qəhrəmanlarını yad edir” sözləri əks olunub. Bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat verib.
Eyni zamanda Fransanın Strasburq şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində kütləvi informasiya vasitələrində yayılmış görüntülərdən ibarət qısa film nümayiş etdirilib.
2021-ci il 27 sentyabr tarixində Azərbaycan və Ermənistan arasında Vətən müharibəsinin başlamasından 1 il ötüb. Müharibədə Azərbaycan Silahlı Qüvvələrinin 2907 hərbi qulluqçusu şəhid olub, 7 nəfər itkin düşüb. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, sentyabrın 27-si hər il Azərbaycanda Anım Günü kimi qeyd olunacaq.
#Kolumbiyanın #Boqota şəhərində məşhur Colpatria binası üçrəngli bayrağımızın 🇦🇿 rənglərinə bürünüb – binanın üzərində “27 sentyabr- Azərbaycan qəhramanlarını xatırlayır” sözləri işıqlanır #anımgünü #VətənMüharibəsi #QarabagAzerbaycandır @AzerbaijanMFA @LAbdullayevaMFA @AzEmbMex pic.twitter.com/iRDfmQ6u6e
— Mammad Talibov (@MATalibli) September 28, 2021
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.