TÖVSİYƏ XƏBƏRLƏR

Komandoda xidmət etmək istəyənlərə şad xəbər

Müdafiə Nazirliyinin Komando hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbulu davam edir. Bu barədə İnsanoid bu gün, 7 yanvar tarixində xəbər verir.

Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş 30 yaşınadək hərbi vəzifəlilər 26 yanvar 2023-cü il tarixədək Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsindəki, Gəncə, Bərdə və Beyləqan şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Ötən il namizədlərdən aşağıdakı sənədlər tələb olunub:

  • kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
  • şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);
  • xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
  • təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
  • doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
  • şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);
  • nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda, 1 nüsxədə);
  • uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);
  • evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);
  • 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);
  • qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;
  • hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə).

3 COMMENTS

guest
3 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Elvin
Elvin
10 Yanvar 2023, 7:04

Men Mayilzade Elvin Rehman oglu 1992. 20 08 ci il tarixde duynyaya gelmiwem 2 ci qarabag muharibesi iwdirakcisiyam fizulinin azadliqi ugrunda veten muharibesi iwdirakcisi medalim var . Heqiqi herbi xidemet kecdiyim zaman xidmetde ferqlendiyime gore wexsen silahlli quvvelerin ali baw komandani İlham Eliyev terefinden mukafatlandirilmiwam

Elvin
Elvin
10 Yanvar 2023, 7:49

Menim yawim 6 ay kecib meni qebul edersiz mi ?

Elvin
Elvin
11 Yanvar 2023, 10:04

Salam men mayilzade elvin rehman oglu yawimin 6 ay kecmeyine baxmiyaraq xususi teyinatli olmaq menim ucun weref olardi cox isteyerdim ki mene wans veresiz mende oz novbemde mene verilen wansi deyerli yerine yetirem layiqince deyerlendirem

3
0
Rəy bildirinx