TÖVSİYƏ XƏBƏRLƏR

Komaya düşən qazi vəfat etdi

Vətən müharibəsi qazisi Azər Ağazadə vəfat edib. Bu barədə 26 oktyabr tarixində “Qafqazinfo” xəbər verir.

Məlumata görə, qazi müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Lənkəranın Şıxakəran kəndindən olan Azər Ağazadə Qubadlı, Zəngilan, Füzuli və Xocəvəndin azad olunmasına görə medallarla təltif olunub.

Dəfələrlə beynəlxalq yarışların qalibi olan Azər Ağazadə ötən ay koma vəziyyətində Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilmişdi.