TÖVSİYƏ XƏBƏRLƏR

Kommunal ödənişləri edərkən aldana bilərsiniz – Vətəndaşların NƏZƏRİNƏ

Kiberdələduzlar tərəfindən “milliodeme.net” saxta ödəniş portalı yaradılıb. Bu barədə İnsanoid Elektron Təhlükəsizlik Xidmətinə istinadən bu gün, 25 oktyabr tarixində xəbər verir.

Portal vasitəsilə vətəndaşlara kommunal ödənişlərin həyata keçirilməsi vədi verilir.

Vətəndaşlardan portalda qeyd olunan bölmələrə daxil olduqdan sonra ilk növbədə abonent kodunu, daha sonra fərdi və bank kartı məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-səhifələrə etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, yalnız rəsmi ödəniş portalları vasitəsilə ödəniş etməyi məsləhət görür.