Koreya şirkətləri Qarabağda yenidənqurma layihələrində Azərbaycanla əməkdaşlıq etməyə hazırdırlar. Bu barədə 27 avqust tarixində Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op Report.az-a məlumat verib.
“Yaşıl enerji zonası, Ağıllı şəhər, Ağıllı kənd, su elektrik stansiyaları və s. sahələrə xüsusi maraq göstərə biləcək bir çox Koreya şirkətləri vardır”, – diplomat bildirib. O, həmçinin əlavə edib ki, yol və mənzil inşaatı kimi sahələrdə də Koreya şirkətləri böyük potensiala malikdirlər və bu istiqamətdə olan layihələrdə iştirak edə bilərlər.