Üç koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb

Azərbaycanda 3 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb. Bu barədə DİN avqustun 28-də məlumat yayıb.

Məlumata əsasən, Suraxanı rayonunda E.Mehtiyev və B.Bayramovun barəsində epidemiya əleyhinə və karantin rejimlərinin pozulması maddəsi ilə cinayət işi başlanılıb.

Digər cinayət işi Cəlilabad rayon sakini barəsində başlanılıb. S.Ağazadəyə COVID-19 infeksiyasına yoluxduğuna görə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, o yaşayış yerini tərk edib. Xəstə polis tərəfindən evinə qaytarılıb.

DİN-in verdiyi xəbərə istinadən, ötən gün, avqustun 27-də 9 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Polis onlarla izahedici söhbətlər aparıb və evə qaytarıb.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Üç koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb”

Tövsiyə xəbərlər