Koronavirusa qarşı peyvəndin birinci dozasını vurduranlar sabahdan ictimai iaşə obyektlərinə buraxılacaqlar

Sentyabrın 1-dən iri ticarət və ictimai iaşə obyektlərinə insanların buraxılması COVID-19 pasportu ilə olacaq.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına əsasən, koronavirus infeksiyası əleyhinə peyvəndin birinci dozasını vurduran şəxslər də iri ticarət və ictimai iaşə obyektlərinə buraxılacaqlar. “Burada söhbət birinci və ikinci dozadan getmir. Peyvənd olunan hər kəs həmin ünvanlara gedə bilərlər”, – DİN-in İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi açıqlamasında bildirib .

O qeyd edib ki, oktyabrın 1-dən isə koronavirus infeksiyasına əleyhinə peyvəndin hər iki dozasını vurdurmayan şəxslərin iri ticarət və ictimai iaşə obyektlərinə buraxılması qadağandır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Koronavirusa qarşı peyvəndin birinci dozasını vurduranlar sabahdan ictimai iaşə obyektlərinə buraxılacaqlar”

Tövsiyə xəbərlər