Koronavirusdan sağalanlar 5 aydan sonra vaksinasiya oluna bilərlər

Bugündən, sentyabrın 8-dən etibarən son 5 ayda COVID-19 testi pozitiv çıxan şəxslər peyvənd vurdura bilərlər. Bu haqda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıb.

Qeyd edək ki, “İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır.

Azərbaycanda son sutkada COVID-19 əleyhinə 64033 vaksin vurulub. Operativ Qərargahın məlumatına görə, tam peyvənd olunanların sayı 3 milyona yaxın təşkil edir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Koronavirusdan sağalanlar 5 aydan sonra vaksinasiya oluna bilərlər”

Tövsiyə xəbərlər