top
Stuldan yıxılmış arvadını təpiklədi, sümüklərini qırdı — Xaçmazdakı cinayətin detalları
10 mart 2026, 02:57
- +

Stuldan yıxılmış arvadını təpiklədi, sümüklərini qırdı — Xaçmazdakı cinayətin detalları

Xaçmaz rayonunda 1975-ci il təvəllüdlü Təvəkkül həyat yoldaşı Sonaya (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az xəbər verir ki, hadisə ötən ilin fevralın 2-də baş verib. Təvəkkül həmin gün saat 16 radələrində evinin qonaq otağında sərxoş vəziyyətdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu Sonanın stuldan yerə yıxılmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə onun sol qol nahiyəsinə təpik zərbəsi vurub.

Təvəkkülün barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Təqsirləndirilən Təvəkkül ona elan olunmuş Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə ittiham üzrə özünü təqsirili bilməyib. O, özünü Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilib.

Təvəkkül ifadəsində göstərib ki, Sona ilə 20 ildən artıq müddətdir qeyri-rəsmi nikah münasibətlərində birgə şəkildə yaşayır: “Mən Xəzər dənizinin Xaçmaz rayonunun kəndi ərazisindən keçən sahilində yerləşən balıq vətəgəsində mühafizəçi kimi işləyirəm. Sona ilə mənim faktiki nikah münasibətlərimdən 4 övladım var”.

Təvəkkülün ifadəsinə görə, fevralın 2-də, təxminən saat 16 radələrində evə gəlib: “Həmin vaxtı əsəbi olmuşam. Evə daxil olan zaman Sonanın qonaq otağındakı stuldan yerə yıxıldığını gördüm. Əsəbi olduğumdan Sonanın yerə yıxılı vəziyyətdə olduğu zaman təpiklə onun sol qol nahiyəsinə zərbə vurdum”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Sonanın ayağa qalxmasını və cəld şəkildə evi tərk etməsini bildirib: “Sona yaşadığımız ünvanda olan zaman vurduğum təpik zərbəsinin təsirindən onun sol qolunun mil və dirsək sümükləri sınıb. Törətdiyim əməli səmimi olaraq etiraf etmişəm və peşmançılıq hissləri keçirmişəm. Hadisəni törədən zaman aşırı dərəcədə sərxoş vəziyyətdə olmuşam”.

Bu cinayət işinə Xaçmaz Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilib.

Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilib.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Siyasət
02 aprel 2026, 01:17

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oxşar xəbərlər