Kriptovalyuta nədir və onu necə əldə etmək olar?

Kriptovalyuta investisiya və alış-veriş imkanı yaradan rəqəmsal valyuta növüdür.

İlk kriptovalyuta – Bitcoin 2009-cu ildə Satoşi Nakamoto tərəfindən yaradılıb. Yeni valyuta növünün yaradılmasında əsas məqsəd heç bir mərkəzə bağlı olmadan asanlıqla pul transferi etmək idi. Hazırda Bitcoin-dən başqa Ethereum, Litecoin, Dash, Nem, BNB, Ripple kimi rəqəmsal valyutalar mövcuddur.

Kriptovalyuta ənənəvi ödəniş vasitələri ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Bu rəqəmsal valyuta növləri ilə aparılan əməliyyatlara banklar və ya dövlətlər tərəfindən nəzarət edilmir. İstənilən şəxsə gecikmə olmadan və əlavə pul tutulmadan ödəniş etmək mümkündür. Daha bir üstünlük ondan ibarətdir ki, kriptovalyutayla aparılan əməliyyatlar daha təhlükəsizdir. Bunun əsas səbəbi həmin əməliyyatlarda üçüncü şəxslərin iştirak etməməsidir.

Kriptovalyutanı əldə etməyin iki yolu var.  Rəqəmsal valyutanın xüsusi avadanlıqlar vasitəsi ilə əldə edilməsi prosesi “mining” adlanır. Kriptovalyutanın vahidi olan “coin”-lərin şəbəkədə olmasını, onların uçot və hesabatının aparılmasını “blockchain” texnologiyası təmin edir.

Həmçinin rəqəmsal valyutanı Binance, Coinbase, Etoro kimi platformalardan əldə etmək mümkündür. Əldə etdikdən sonra onlarla alış-veriş etmək və ya investisiya məqsədi ilə saxlamaq olar.

2021-ci ilin 14 avqust tarixinə Bitcoin-in qiyməti 47 min dollardan, Ethereum-ın qiyməti isə 3 min dollardan çoxdur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Kriptovalyuta nədir və onu necə əldə etmək olar?”

Tövsiyə xəbərlər