Avqust ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 703 nəfər müraciət edib. Bu barədə 5 sentyabr tarixində Kliniki Tibbi Mərkəz məlumat verib.
Onlardan 162 nəfər Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar.
Qəbul olunan xəstələrdən 83-ü dərmandan, 37-si sirkə turşusundan, 17-si etanoldan, 2-si dəm qazından, 1-i anaflaksiyadan zəhərlənib. Həmçinin onlardan 16 nəfəri ilan, 1 nəfəri isə həşərat sancıb.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si dünyasını dəyişib. Onlardan 6-sı kişi, 1-i qadın olub. Ölüm hallarının 6-sı sirkə turşusundan, 1-i isə dərman zəhərlənməsindən baş verib.