Son iki gün ərzində dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 14 nəfər müraciət edib. Bu barədə 10 yanvar tarixində Oxu.az məlumat verib.
Məlumata əsasən, müraciət edənlərdən beşinin vəziyyəti ağır olduğundan stasionar müalicəyə qəbul ediliblər.
“Digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar. Onlar arasında iki nəfər azyaşlı da olub”, – məlumatda bildirilib.