TÖVSİYƏ XƏBƏRLƏR

KTN: İnam Kərimov Xaçmazda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 12-də saat 09:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə 6 yanvar tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verir.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq.

“Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-524-84-15) müraciət edə bilərlər”, – məlumatda bildirilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx