TÖVSİYƏ XƏBƏRLƏR

KTN: nazir İnam Kərimov Saatlıda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov fevralın 9-u saat 09:00-da Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Saatlı, Sabirabad və İmişli rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə 6 fevral tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-332-29-98) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qeyd olunub ki, qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx