2021-ci ilin dövlət büdcəsindən Kənd Təsərrüfatı Nazirliyinə toxum və ting istehsalının dəstəklənməsinə ayrılan vəsaitdən 1,82 milyon manatı istifadə edilməyib. Bu barədə 6 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, dövlət büdcəsindən toxum və ting istehsalının dəstəklənməsi üçün 8,5 milyon manatın ayrılmasına baxmayaraq, 6 milyon 658 min manat xərclənib.
“Məbləğin böyük hissəsi bitkiçilik sahəsi üzrə həyata keçirilən proqramlara, əsasən əkin, məhsul və toxum subsidiyalarının verilməsinə yönəldilib”, – məlumatda qeyd olunub.