TÖVSİYƏ XƏBƏRLƏR

Külək 9 yaşlı uşağın ölümünə səbəb oldu: üstünə darvaza aşdı

Bakının Xəzər rayonunda 9 yaşlı uşaq dəmir darvazanın aşması nəticəsində dünyasını dəyişib. Bu barədə 6 sentyabr tarixində APA məlumat verib.

Hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, yeni təmir olunmuş fərdi yaşayış evinin dəmir darvazası küləyin gücündən yerə düşüb. Bu zaman 2014-cü il təvəllüdlü Cəlilli Ramiz Telman oğlu darvazanın altında qalıb. Uşaq ağır bədən xəsarətləri alıb.

O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Fakt üzrə araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx