TÖVSİYƏ XƏBƏRLƏR

Kürdə su səviyyəsi 1 metrə qədər qalxıb

Ölkədə havaların qeyri-sabit və yağıntılı keçməsi dağ çaylarında olduğu kimi, Kür çayına da təsirini göstərib. Kürün Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metrə qədər qalxıb. Bu haqda bu gün, 10 sentyabr tarixində Report məlumat verib.

Təkcə son iki gündə çayın rayon ərazisindən keçən hissəsində suyun səviyyəsi 95 santimetr qalxıb. Bu da Kür sahilində quraşdırılmış dayanıqlı və üzən su nasoslarının məhsuldar işləməsinə müsbət təsir göstərib.

Mütəxəssislərin fikrincə, proses bir neçə gün davam edəcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx