Kürdəmirin küçə və prospektlərində işıqlandırma yenidən qurulur

Kürdəmir şəhərinin işıqlandırılması yenidən qurulur

Kürdəmirin küçə və prospektlərində işıqlandırma yenidən qurulur. İnsanoid.com bu haqda 19 yanvar tarixində Bizim.media-ya istinadən xəbər verir.

İşlər şəhərin Heydər Əliyev və Bakı prospektləri, Gənc Heydərçilər və 20 Yanvar parkları, Şəhidlər xiyabanı, eləcə də Aran qəsəbəsi və şəhər ərazisində yerləşən hərbi şəhərcik də daxil olmaqla 118 küçəsində aparılacaq.

Kürdəmir Rayon İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsinin baş məsləhətçisi Şəfaət İsmayılov bildirib ki, yaxın günlərdə Bakı və Heydər Əliyev prospektlərində işıq dirəkləri quraşdırılacaq.

Qeyd edək ki, bu işlər çərçivəsində Kürdəmir şəhərinin 68 km uzunluğunda ərazisinə 2300-ə yaxın işıq dirəklərinin quraşdırılması nəzərdə tutulur. Bu işlərin icrasına 100-dən çox işçi qüvvəsi cəlb olunub.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx