TÖVSİYƏ XƏBƏRLƏR

Kürdəmirdə ağır yol qəzası baş verib

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib. Bu barədə Report 25 oktyabr tarixində xəbər verib.

Kürdəmir – Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində “Kia” markalı minik maşını həmin yolda hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomobil yol kənarına aşıb. Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Hazırda faktla bağlı araşdırma aparılır.