TÖVSİYƏ XƏBƏRLƏR

Kürdəmirdə bir neçə saat ərzində iki dəfə zəlzələ olub

Kürdəmirdə bir neçə saat ərzində iki dəfə zəlzələ olub. Bu barədə İnsanoid bu gün, 4 sentyabr tarixində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən məlumat verir.

Ötən gün yerli vaxtla saat 20:35-də Kürdəmir stansiyasından 14 km cənubda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri 52 kilometr dərinlikdə olub.

Zəlzələ episentrdə 5 bala qədər, Ağdam, Qəbələ, İsmayıllı, Ağsu ,Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.

Bu gün yerli vaxtla saat 01:19-da isə Kürdəmir stansiyasından 18 km cənubda 3 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsinin ocağı 52 km dərinlikdə olub.

Zəlzələ hiss olunmayıb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx